Gürcüstan və Ermənistan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət prosesi başlayır
13 Yanvar 2023 10:02 DünyaGürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistandakı rəsmi təmasları çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüb.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Gürcüstanın Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, İrəvanda keçirilən iqtisadi komissiyanın iclasının sonunda Qaribaşvili və Paşinyan Gürcüstan və Ermənistan arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş prosesinin başlanmasına dair saziş imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31