Qazaxıstan 1 il ərzində milyard dollar dəyərində Rusiya dövlət istiqrazları alıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, 2022-ci ilin mart ayından başlayaraq, Qərb ölkələri tərəfindən genişmiqyaslı anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra Qazaxıstanın maliyyə şirkətləri Rusiyanın ümumilikdə 641,1 milyard tenge və ya 1,4 milyard dollar dəyərində federal kredit istiqrazlarını alıblar. Bu barədə Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi məlumat yayıb. 

"OFZ kimi tanınan rublla ifadə edilmiş dövlət qiymətli kağızları üzrə əməliyyatlar 2022-ci ilin martından bu yana 641,1 milyard tenge məbləğində əməliyyatlarla nəticələnib".  Keçən il Rusiyanın suveren borcunu alan yerli brokerlər bunu əsasən Qazaxıstan və Rusiyanın rezidentləri olan müştərilərin adından ediblər. Eyni zamanda, dekabrın 1-dək olan dövr ərzində alqı-satqıların 48,7%-ni qazaxıstanlı müştərilər, 41,4%-ni isə rusiyalıların payı təşkil edib. Bu məlumatlar rusların Qazaxıstan broker şirkətləri vasitəsilə ölkədən kapital çıxarmaq istəyinin artmasına dəlalət edir. 

"Qazaxıstan brokerləri vasitəsilə ən böyük alıcılar arasında rusların meydana çıxması yerli investorların kapitalı ölkədən çıxarmaq və sanksiyalar rejimindəki çatlardan istifadə etmək imkanlarını da vurğulayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31