22 deputatının səlahiyyətlərinə xitam verə bilər - ÖZƏL
12 Yanvar 2023 11:19 Dünya"Ermənistan" fraksiyasının deputatları İşxan Saqatelyan, Qeqam Manukyan, Seyran Ohanyan başda olmaqla "Ermənistan" fraksiyasının 22 deputatının səlahiyyətlərinə xitam verə bilər. Parlament məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır. Şuranın bu qərarının qəbul olunması yanvarın 13-nə planlaşdırılır. "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Turan Rzayevin sözlərinə görə, maraqlıdır ki, bir müddət öncə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edən 100-dən çox adam polis tərəfindən saxlanılıb: "Hər halda nə saxlanılan 100-dən artıq erməni, nə də "Ermənistan" fraksiyasının 22 deputatının səlahiyyətlərinə xitam verilməsi bizi maraqlandırmır. Lakin burada bir nüans gözə çarpır. Başda "Amnesty International" və "Human Rights Watch" insan haqları təşkilatları nə aksiyada saxlanılan 100-dən artıq erməniyə görə, nə də digər məsələlərə görə, Ermənistan xəbərdarlıq edib tədbir görmür. Dediyim kimi, məsələ hansısa erməniyə edilən haqsızlıq ya da insan haqları pozulmasından getmir. Söhbət qeyd etdiyim təşkilatlar başda olmaqla, digər təşkilatların bu kimi məsələrdə Ermənistana səssiz qalmasıdır".