“Bu, vəhşi rejimin siyasi motivli hərəkətidir" - Kleverli
11 Yanvar 2023 23:49 Dünyaİran Böyük Britaniya pasportuna malik Əlirza Əkbərinin edamını dayandırmalı və onu dərhal azad etməlidir.
Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Tvitter hesabında yazıb.
"Bu, insan həyatına tamamilə hörmətsizlik edən vəhşi rejimin siyasi motivli hərəkətidir", - Kleverli qeyd edib.
Qeyd edək ki, İran məhkəməsi Əkbərini edam cəzasına məhkum edib. O, İngiltərənin xeyrinə casusluqda ittiham olunur.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31