Bu ölkədə hökumət əleyhinə etirazlarda azı 12 nəfər ölüb - VİDEO
11 Yanvar 2023 15:50 DünyaPerunun Juliaca şəhərində hökumət əleyhinə etirazlarda azı 12 nəfər ölüb, 38 nəfər yaralanıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə San Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb.
Ölənlərin arasında bir azyaşlı da var.
Qeyd edək ki, yanvarın 6-da Juliaca hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Nümayişçilər prezident Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31