Litva ukraynalı qaçqınlar üçün 10 milyon avrodan çox vəsait ayırıb- ÖZƏL
11 Yanvar 2023 14:44 DünyaOlaylar.az xəbər verir ki, Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi Avropa İttifaqının ukraynalı qaçqınların qəbulu proqramları üçün respublikaya 10 milyon avrodan çox vəsait ayıracağını açıqlayıb. "Ukraynadan gələn qaçqınların qəbulu və inteqrasiyası ilə bağlı layihələrin həyata keçirilməsi üçün Aİ 10,1 milyon avro məbləğində maliyyə ayırıb", - deyə məlumatda bildirilir.Agentlik həmçinin qeyd edib ki, Avropanın maliyyələşdirilməsi Litvanın dövlət qurumlarının qaçqınların qeydiyyatı, onlara lazımi sənədlərin işlənməsi və verilməsi imkanlarını gücləndirəcək. Litva Statistika Departamentinin məlumatına görə, fevral ayından bu yana respublika Ukraynadan 72,5 minə yaxın qaçqın qəbul edib. Son vaxtlar isə qəbul mərkəzi həftə ərzində cəmi 20 nəfəri qəbul edir.