Bu ölkə COVID-19 ölümlərində kəskin artım görür- ÖZƏL
11 Yanvar 2023 12:18 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyada COVID-19-dan ölüm hallarında kəskin artım qeydə alınıb. Bu barədə NHK telekanalı məlumat yayıb. Belə ki, oktyabrda 1800, noyabrda 3000-dən çox ölüm qeydə alınıbsa, dekabrda bu rəqəm 7600 nəfərə yüksəlib, yanvarın ilk 10 günündə isə 3100 nəfər ölüb. Həmçinin qeyd olunur ki, bütün ölümlərin 97%-i 60 yaşdan yuxarı yaş kateqoriyasında baş verir. Mütəxəssislərin fikrincə, təkcə pnevmoniyadan deyil, həm də koronavirus infeksiyası nəticəsində yaranan damar xəstəlikləri, insult və infarktlardan ölənlərin sayı artıb. Bundan əvvəl CNN krematoriyalar və dəfn evlərində növbələri göstərən Çin şəhərlərinin peyk şəkillərini dərc etmişdi. Bu, ölkənin sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra "koronavirus infeksiyalarının görünməmiş dalğası" ilə mübarizə apardığı bir vaxta təsadüf edir.
Bundan əvvəl ötən il dekabrın 31-dək Avropa İttifaqına sədrlik edən Çexiya tibbi təhlükəsizlik üzrə Avropa Komissiyası səviyyəsində Çində koronavirusun yayılması ilə bağlı vəziyyətin müzakirəsi təşəbbüsü ilə çıxış edib.