BMT-nin baş katibi Dünya İqtisadi Forumunda iştirak edəcək
10 Yanvar 2023 23:34 DünyaBMT-nin baş katibi Antonio Quterreş yanvarın 18-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda çıxış edəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
"BMT-nin baş katibi gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək. Gələn çərşənbə günü (yanvarın 18-də - red.) o, xüsusi müraciətlə çıxış edəcək. Forum çərçivəsində baş katib dünya liderləri və digər nümayəndələrlə bir sıra görüşlər keçirəcək", - deyə S.Cüjarrik bildirib.
Qeyd edək ki, Davos forumu yanvarın 16-dan 20-dək keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31