"İraqın sabitliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət veririk" - Rəcəb Tayyib Ərdoğan
10 Yanvar 2023 22:29 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani arasında telefon danışığı olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-İraq münasibətlərinin vəziyyəti və regional mövzular müzakirə edilib.
R.T.Ərdoğan Ankara ilə Bağdad arasında həm ikitərəfli, həm də regional səviyyədə hərtərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara İraqın sabitliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir.
R.T.Ərdoğan vurğulayıb ki, PKK terror təşkilatının İraq ərazisində mövcudluğuna son qoyulması bu ölkənin milli təhlükəsizlik maraqlarına cavab verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31