Rusiyanın bu ərazisində temperatur -61 dərəcəyə endi
10 Yanvar 2023 12:49 DünyaRusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın temperaturu mənfi 61 dərəcəyə qədər enib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mənfi 61 dərəcə şaxta Jilinda kəndində qeydə alınıb.
Bununla yanaşı, respublikanın 9 rayonunda havanın temperaturu mənfi 45 dərəcəyə çatıb. Yakutiyanın şimal-qərb və şimal-şərq hissələrində isə gecələr mənfi 50 dərəcə müşahidə edilir.
Yakutiyanın paytaxtı Yakutskda isə temperatur mənfi 42 dərəcə şaxta təşkil etdiyindən orta məktəblərdə təhsil distant formata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31