"Ermənistan Rusiya ilə ultimatum dili ilə danışmaq fikrində deyil" - ÖZƏL
10 Yanvar 2023 12:48 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə Laçın dəhlizinin açılmasının zəruriliyi ilə bağlı ultimatum dili ilə danışmaq fikrində deyil.
"Düşünmürəm ki, tərəfdaşlarımızla ultimatum dili ilə danışaq. Bu məsələ ilə bağlı deməli olduğumuz hər şeyi biz dəfələrlə bəyan etmişik və ümumilikdə əlavə ediləcək heç nə yoxdur", - deyə Paşinyan bildirib. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilməli olduğunu bəyan edib. Nikol Paşinyan bildirib ki, bağlı qalan Laçın dəhlizi boyunca hərəkətin bərpası üçün Rusiya sülhməramlılarından yol xəritəsi gözləyir.Baş naziri ümid etdiyini bildirib ki, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizi boyu vəziyyətlə bağlı aydın izahat verəcək.