Yeni quş qripi: 100 min toyuq məhv ediləcək

Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi virusu qeydə alınıb.

APA  xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib kli, 100 minə yaxın toyuq məhv olunacaq.

Bir gün əvvəl Kavamin şəhərində yumurta istehsalı üzrə fermanın işçiləri ölü toyuqlar aşkar ediblər.

Həmin fermanın ətrafında üç kilometr radiusda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib.

Onlar həmçinin 10 kilometrlik zonadan kənara toyuq və yumurta ixracını qadağan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31