İsveç və Finlandiyanın 2023-cü ildə NATO-ya daxil olma şansı 50% təşkil edir - ÖZƏL

"İsveç və Finlandiyanın 2023-cü ildə Şimali Atlantika Alyansına daxil olması Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının gedişindən və Türkiyənin mövqeyindən asılı olacaq".

Olaylar.az xəbər verir ki, bunu Valday Klubunun proqram direktoru Timofey Bordaçov bildirib.
"Bu ölkələrin NATO-ya daxil olması xüsusi hərbi əməliyyatın uğurlu gedişindən asılıdır. Bu o qədər də sadə deyil. Xüsusi hərbi əməliyyat uğurla inkişaf edərsə, ABŞ-ın Rusiya ilə sərhədlərdə mövcudluğunu gücləndirmək üçün daha çox səbəbi olacaq. Amma burada çoxlu müxtəlif giriş faktorları var" - dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31