Ermənistan baş naziri Kremlə təsir göstərmək istəyir - ÖZƏL

"Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Rusiya əleyhinə aksiyalar təşkil etməklə Kremlə təsir göstərməyə çalışır. Ancaq Paşinyan unudur ki, Kreml bu cür gedişləri sevmir və qətiyyən bağışlamır". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun Ermənistanın Gümrü vilayətindəki Rusiya hərbi bazası yaxınlığında keçirilən etiraz aksiyasına münasibətində yer alıb. Analitik Qrup hesab edir ki, əli hər yerdən üzülən Erməmənistan hakimiyyəti indi də bu kimi mənasız gedişlərlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır: "Nikol Paşinyan Fransa prezidenti Makronun Xankəndi-Laçın yolu ilə bağlı cəhdlərinin mənasız olduğu, nəticə vermədiyini görüb indi də öz günahları səbəbindən üzləşdikləri problemi Rusiya vasitəsilə həll etməyə çalışır. Ermənistan baş nazirinin Gümrü hərbi bazasının yaxınlığında baş tutan eturaz aksiyasını polis gücüylə dağıtması da görüntü xarakteri daşıyır. Əslində həmin aksiuyanın arxasında məhz Paşinyan dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31