Mümkün Tayvan münaqişəsində nələr baş verəcək?- ÖZƏL
9 Yanvar 2023 13:40 DünyaOlaylar.az xəbər verir ki, Tayvanda hərbi münaqişə "Ukrayna modeli" ilə inkişaf edə bilməyəcək. Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitik hesabatında deyilir. "Müharibə başlayandan sonra Tayvana hər hansı bir qoşun və ya təchizat çatdırmaq mümkün deyil, ona görə də vəziyyət ABŞ və müttəfiqlərinin daim Ukraynaya təchizat göndərə bildiyi Ukraynadakı vəziyyətdən çox fərqlidir". Hesabatda vurğulanır ki, Tayvan ordusu, əgər müharibə edəcəksə, müharibə başlayana qədər ehtiyac duyduğu hər şeyə sahib olmalıdır. Təhlilçilər deyirlər ki, əgər Vaşinqton Tayvanı hərbi münaqişədə dəstəkləmək niyyətindədirsə, Tayvan münaqişəsində uğur qazanmaq üçün CSIS-in bəzi tövsiyələrini yerinə yetirmək üçün tezliklə hərəkətə keçməlidir. Xüsusilə, CSIS ABŞ-a Çinin raket hücumlarından qorunmaq üçün Yaponiya və Quamdakı bazalarını gücləndirməyi, sualtı donanma inkişaf etdirməyi, Hərbi Hava Qüvvələrinin inkişafında bombardmançıları qırıcılardan üstün tutmağı, həmçinin Tayvanı oxşar strategiyanı həyata keçirməyə sövq etməyi tövsiyə edir. Proqnozlara görə, Tayvanın işğalı Çin, Amerika, Tayvan və Yaponiya hərbçiləri arasında minlərlə itkiyə səbəb olacaq. Birləşmiş Ştatlar Tayvan tərəfində müharibəyə girərsə, ən azı iki Amerika təyyarədaşıyıcısı Sakit Okeanın dibində yatacaq və müasir Çin donanması "xarabalığa" dönəcək.