9 yaşlı uşağın şəkil çəkdirmək istəyi anasının faciəvi şəkildə ölümünə səbəb oldu
9 Yanvar 2023 13:44 DünyaTürkiyənin Şanlıurfa şəhərində faciəvi hadisə baş verib.
Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, 9 yaşlı uşaq ov tüfəngi ilə foto çəkdirmək istəyərkən təsadüfən tətiyə toxunub.
Uşağın anası 39 yaşlı Gözəl H. tüfəngdən açılan atəş nəticəsində başından güllə yarası alıb.
Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım qrupları onun həyatını itirdiyini bildirib. Qadının meyiti morquna aparılıb. Uşağın ifadəsi psixoloqun müşayiəti ilə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31