Almaniya gələcəkdə Ukraynaya Leopard tankları verə bilər - ÖZƏL

Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek Almaniya hökumətinin gələcəkdə Ukraynaya "Leopard" döyüş tanklarının tədarükü ilə bağlı qərar verəcəyini istisna etmir.
"Xeyr, bu, əlbəttə ki, istisna edilmir", - deyə, o, Ukraynanın "Leopard-1" və ya "Leopard-2" tankları ilə təmin olunmasının mümkünlüyü barədə suala cavab verib.

"Biz vəziyyəti öyrənirik, hərəkətlərimizi digər ölkələrlə uyğunlaşdırırıq. Almaniyada bu məsələ ilə bağlı müzakirənin bundan sonra necə inkişaf edəcəyini müşahidə edəcəyik", - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31