Finlandiya əhalisi NATO-nun daimi hərbi bazasının əleyhinədir- ÖZƏL
9 Yanvar 2023 12:07 DünyaOlaylar.az xəbər verir ki, Finlandiyanın MTV telekanalının keçirdiyi sorğu göstərib ki, Finlandiya sakinlərinin demək olar ki, yarısı təşkilata daxil olduqdan sonra ölkədə NATO-nun daimi hərbi bazasının yerləşdirilməsinə qarşıdır. Sorğunun nəticələrinə görə, iştirakçıların 48%-i Şimali Atlantika Alyansının bloka daxil olduqdan sonra bazası və daimi hərbi kontingentinin ölkə daxilində yerləşdirilməsinə qarşı çıxıb. Respondentlərin 39%-i bazanın yaradılmasını dəstəkləyib, 13%-i isə suala cavab verməyib. Həmçinin, araşdırmanın nəticələri göstərir ki, finlərin 49%-i ölkənin blokun işlərində və hərbi əməliyyatlarında fəal iştirakının tərəfdarıdır. 42% Finlandiyanın yalnız öz təhlükəsizliyi ilə maraqlanmalı olduğunu bildirib. Əvvəllər İsveçdə insanların əksəriyyəti NATO-ya üzvlük üçün ölkə qanunlarının dəyişdirilməsinə qarşı çıxırdı.
Sorğuda iştirak edən isveçlilərin 79%-i ölkə "Türkiyə ilə bağlı İsveç qanunlarına və qanunun aliliyi kimi bizim prinsiplərimizə riayət etməlidir" variantını seçib. 10% isə ən qısa zamanda alyansa qoşulma variantını seçib.