Yaponiyada 63 reys TƏXİRƏ SALINDI
7 Yanvar 2023 20:43 Dünya"Jetstar" aviaşirkətinin Yaponiyanın Çubu hava limanına məcburi enişindən sonra bomba təhlükəsi səbəbindən ölkədə 63 reys təxirə salınıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Nippon Televiziya Şəbəkəsi məlumat verib.
Məlumata görə, "Jetstar" reysi Tokio yaxınlığındakı Narita hava limanından ölkənin cənubundakı Fukuokaya uçurdu. Bundan sonra Narita hava limanına Almaniyadan zəng gəlib və baqaj bölməsinə plastik bomba qoyulması barədə xəbərdarlıq edilib. Nəticədə təyyarə Çubu hava limanına məcburi eniş edib.
Polis baqaj bölməsini yoxlayıb, lakin heç bir partlayıcı maddə aşkar edilməyib. Məcburi eniş səbəbindən uçuş-enmə zolağı 4,5 saat bağlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31