Türkiyədə avtobus qəzası: 5 ölü, 22 yaralı

Türkiyədə insan tələfatı ilə nəticələnən avtobus qəzası baş verib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Diyarbəkir-İqdır reysi ilə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus çevrilib.

Hadisə nəticəsində biri uşaq olmaqla 5 sərnişin ölüb, 22 nəfər xəsarət alıb.

Avtobusunun sürücüləri saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31