"Falcon 9" raketi 40 ədəd "OneWeb" rabitə peykini orbitə çıxaracaq

"SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı raketi Böyük Britaniyanın 40 ədəd "OneWeb" rabitə peykindən ibarət qrupunu orbitə çıxaracaq.

Olaylar.az trend-ə istinadən bildirir ki bu barədə Britaniya şirkətindən bildirilib.

Məlumata əsasən, buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən 40-cı buraxılış kompleksindən planlaşdırılır.

"OneWeb" orbital qruplaşması hazırda 502 peykdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31