Dollar və Avro bahalaşacaq- ÖZƏL
6 Yanvar 2023 16:07 DünyaOlaylar.az xəbər verir ki, Dollar və avronun məzənnəsi 2023-cü ildə yüksələcək. Bu proqnozla "Freedom Finance Global" beynəlxalq investisiya şirkətinin analitiki Vladimir Çernov deyib. "Rusiya rublu 2023-cü ilə ABŞ dolları və Çin yuanı qarşısında ucuzlaşma ilə başlayıb, lakin eyni zamanda avroya qarşı möhkəmlənir". Onun sözlərinə görə, milli rus valyutasının dəyərinin düşməsi neftin dünya bazar qiymətinin aşağı düşməsi fonunda baş verir və bu səbəbdən ölkənin ixrac gəlirləri aşağı düşür.
"Freedom Finance" analitiki hesab edir ki, Avropa valyutası yaxın bir-iki həftə ərzində 80 rubla, dollar isə 2023-cü ildə 75-80 rubla kimi bahalaşa bilər. Bundan əvvəl "Otkritie Investments" qlobal tədqiqat departamentinin aparıcı analitiki Oleq Syrovatkin rublun yanvar bayramlarından sonra möhkəmlənməyə başlayacağı ilə bağlı fikirlərini bildirmişdi.