Türkiyə Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün səylərini davam etdirəcək – ÖZƏL

"Türkiyə hakimiyyəti yaxın aylarda Ukrayna böhranının gərginləşəcəyini istisna etmir, ona görə də onu danışıqlar yolu ilə həll etmək üçün intensiv səylər göstərəcəklər".
Olaylar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri və sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda Ukraynada döyüşlər daha da güclənə bilər və bununla bağlı Türkiyə atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər bütün istiqamətlərdə danışıqlar prosesinin başlanması üçün fəal səylərini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31