Sovet abidələri tarixə qovuşur- ÖZƏL
6 Yanvar 2023 14:29 DünyaOlaylar.az xəbər verir ki, Estoniya hakimiyyəti sovet hərbi abidələrinin sökülməsi üçün 900 min avrodan çox vəsait ayırıb. Nazirlər Kabinetinin sözçüsü Yevgeniya Vyarya bildirib ki, hakimiyyət "təhlükəsizliyi təhdid edən" sovet abidələrinin ictimai məkandan çıxarılması üçün Müdafiə Nazirliyinin tabeliyində olan orqanlara 916 405 avro ayırıb.
Bundan əvvəl məlum olub ki, Estoniyada 240-dan çox sovet abidəsinin sökülməsi planlaşdırılır. Hazırda onlardan 56-sı artıq sökülüb, daha 74 abidə neytral kimi tanınıb. Ölkə hökuməti Narvada daha iki sovet abidəsini sökmək niyyətindədir. Şəhər rəhbərliyinin 1941-1945-ci illərdə həlak olmuş Narovye sakinlərinin adları yazılmış xatirə lövhəsinin və 1918-ci ildə Narva uğrunda döyüşdə həlak olmuş Qırmızı Ordu əsgərlərinin xatirəsinə ucaldılmış məzar abidəsinin sökülməsinə razılıq verəcəyi gözlənilir.