Kiyev atəşkəsi rədd edərək insanları Qərb üçün qurban verəcək - ÖZƏL
6 Yanvar 2023 14:05 Dünya"Ukrayna hakimiyyəti pravoslav Milad atəşkəsini rədd edərək, Qərbin geosiyasi oyunları naminə öz xalqını qurban verməyə hazırdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Ukraynada kiminlə vuruşduğumuzu bir daha xatırladaq - Qərbin geosiyasi oyunları naminə öz ölkəsini və xalqını qurban verməyə hazır olan, müqəddəs şeylərə hörmət etməyən amansız millətçi cinayətkarlar", - rusiyalı diplomat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31