Ukraynada vəziyyət yaxın aylarda daha da pisləşə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, yaxın aylarda Ukraynada vəziyyət daha da pisləşə bilər. Bu barədə Kalın öz Twitter səhifəsində yazıb.

Eyni zamanda Kalın qeyd edib ki, Türkiyə tərəfi danışıqlar prosesinin bərpası üçün səylərini davam etdirəcək. "Atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Türkiyə danışıqlara yol açmaq üçün intensiv səylərini davam etdirəcək". İbrahim Kalın daha əvvəl bildirmişdi ki, Ankara Vaşinqtondan Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir. O, Türkiyənin hardan olmasından asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmədiyini və ABŞ-la münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid etdiyini də vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31