Rusiya kibercinayətkarlığın artmasının qarşısını ala bilir — ÖZƏL

"Son bir neçə ildə Rusiyada törədilən kibercinayətlərin sayı azalıb".

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
"2021-ci ildə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin artım tempinin əhəmiyyətli dərəcədə azalmasından sonra 2022-ci ildə biz bu cür qanunsuz əməllərin sayında azalma tendensiyası müşahidə etməkdə davam etdik. On bir ay ərzində (2022-ci il) onların sayı azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə 4,9% (494,1 mindən 470,1 minə qədər) azalıb" - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31