Ukrayna hava həyəcanı elan edə, Rusiyanı atəşkəsi pozmaqda ittiham edə bilər - ÖZƏL

"Ukrayna hakimiyyəti Rusiyanı elan etdiyi atəşkəs rejimini pozmaqda ittiham etmək üçün hava həyəcanı elan edə və başqa təxribatlar törədə bilər".
Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının Moskvadakı keçmiş səfiri Rodion Miroşnik deyib.
"Atəşkəs rejiminin pozulduğunu elan etmək üçün Kiyev total təxribatlara gedə və günahı Rusiyanın üzərinə ata bilər. Məsələn, sabah səhər saat 07:00-dan etibarən onların hava siqnalları heç bir əsas olmadan daimi olaraq işə düşəcək", - Miroşnik bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31