Rəcəb Tayyib Ərdoğan və Zelenski arasında telefon danışığı olub
5 Yanvar 2023 18:49 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı baş tutub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Liderlər ikitərəfli əlaqələri, humanitar yardım və "taxıl dəhlizi"ni müzakirə ediblər.
R.T.Ərdoğan Zelenskiyə davamlı sülh üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31