Azərbaycanlı qazilər Adana şəhərində keçirilən yürüşdə iştirak ediblər

Qardaş Türkiyədə səfərdə olan qazilərdən ibarət nümayəndə heyətimiz Mersin şəhərindən sonra Adana şəhərinə səfər edərək qeyd olunan şəhərin işğaldan azad edilməsinin 101-ci ildönümünə həsr edilmiş bayram yürüşünə qatılıb.

"OLAYLAR" xəbər verir ki, yürüşdən sonra qazilərimiz Türkiyə Cümhuriyyəyinin banisi Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.

Türkiyə Müharip Gaziler Derneyinin dəvəti, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən səfər Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31