Estoniya Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi proseduruna başlayacaq

"Tallin ölkənin dirçəlişini maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş maliyyə aktivlərini Kiyevə köçürmək üçün öz mexanizmini hazırlamağı planlaşdırır".
Olaylar.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.
O, Rusiyanın dondurulmuş aktivlərinin məbləğinin 17 milyard avro təşkil etdiyini, lakin Avropaya üzv ölkələrin Avropa Komissiyasına göstəriş vermələrinə baxmayaraq, onlardan Kiyevin xeyrinə istifadə prosesinin getmədiyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31