Makeyevkada atışma nəticəsində yaralananlar Rusiyanın digər bölgələrinə köçürülür - ÖZƏL
5 Yanvar 2023 16:38 Dünya"Makeyevkada atışma nəticəsində yaralanan hərbçilərin əksəriyyəti müalicə üçün Rusiyanın digər regionlarına aparılır".
Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib.
"Rusiya müdafiə nazirinin müavini Viktor Qoremıkin və Samara vilayətinin qubernatoru Dmitri Azarovla birlikdə Makeyevkada Amerikanın HIMARS raketlərinin atəşə tutulması nəticəsində yaralanan hərbçilərə Rostov vilayəti və Donetsk Xalq Respublikasındakı xəstəxanalarda baş çəkdik. Onların demək olar ki, hamısı artıq Rusiyanın digər regionlarına köçürülüb", - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31