Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya düşdü, ölən və yaralananlar var

Türkiyədə şagirdləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə Qaziantep şəhərində baş verib.

Məlumata görə, avtobus minik maşını ilə toqquşub.

Qeyd edilib ki, hadisə zamanı yaralananların əksəriyyəti xarici vətəndaşlardır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31