Vladimir Putin və Özbəkistan Prezidenti arasında telefon danışığı olub
4 Yanvar 2023 20:49 DünyaRusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya-Özbəkistan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istək öz təsdiqini tapıb. Şövkət Mirziyayev 2022-ci il dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib", - məlumatda qeyd olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31