"Məqsədimiz 1991-ci ildəki sərhədlərə qayıtmaqdır və biz buna nail olacağıq" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

Ukrayna bu yaz böyük əks-hücum planlaşdırır. Yazda cəbhə xəttində ən ağır döyüşlər olacaq.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin mart ayında ən qızğın döyüşlərin olacağı gözlənilir.

"Bizim məqsədimiz Ukraynanın 1991-ci ildəki sərhədlərinə qayıtmaqdır və biz buna nail olacağıq. Bu ərazilər beynəlxalq hüququn bütün subyektləri tərəfindən tanınır".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31