"Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq” - Kalın

Türkiyə Azərbaycanla birlikdə TANAP-ı yaratdı. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

"TANAP-ın tutumu ikiqat artacaq. Rusiya-Ukrayna müharibəsi bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq", - deyə Kalın bildirib.

"Ən əsası Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə Aralıq dənizində də tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq", - Ərdoğanın sözçüsü əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31