Raket-daşıyıcısının buraxılışı HƏYATA KEÇİRİLDİ

ABŞ-ın "SpaceX" şirkəti çərşənbə axşamı orbitə 114 kommersiya vasitəsi çıxaracaq "Falcon 9" raket-daşıyıcının buraxılışını həyata keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Məlumata əsasən, raketin buraxılışı "Transporter-6" missiyası çərçivəsində yerli vaxtla saat 09:56-da Kanaveral burnunda (Florida) kosmodromundan baş tutub.

"Falcon 9" 114 mikropeyk və digər nəqliyyat vasitələrini aşağı Yer orbitinə çatdıracaq, onların yerləşdirilməsi buraxılışdan təxminən bir saat sonra başlayacaq.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31