Benyamin Netanyahu səfərini TƏXİRƏ SALDI
3 Yanvar 2023 22:41 Dünyaİsrail Baş naziri Benyamin Netanyahu Körfəz ölkəsi olan BƏƏ-yə ilk səfərini təxirə salıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Yerusalem Post" məlumat yayıb.
Qeyd edək ki, qərar milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağını ziyarət etməsindən bir neçə saat sonra qəbul edilib və bu, geniş beynəlxalq qınaqlara səbəb olub.
Xatırladaq ki, Netanyahunun ilk səfərini BƏƏ-yə edəcəyi və səfərin gələn həftə baş tutacağı bildirilirdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31