Qazaxıstanda FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ

Qazaxıstanın Janatas şəhərində təbii fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Jambil vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şəhərdə fövqəladə vəziyyət güclü külək elektrik xətlərini zədələdiyinə görə elan edilib:

"Sarısu bölgəsinin Janatas şəhərində 30 m/s-ə çatan güclü külək davam edir. Şəhərin kommunal müəssisəsinin ayrı-ayrı generatorlarının gücü kifayət etmir. Hazırda elektrik xətlərinin 20 dirəyinin aşdığı müəyyən olunub".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31