"Rusiya və Ukrayna atəşkəs elan edəcək" - NATO generalı

NATO-nun keçmiş generalı Hans-Lotar Domreze Rusiya və Ukraynanın 2023-cü ildə atəşkəs bağlayacağını ehtimal etdiyini bildirib.

Olaylar.az milli.az-a xəbər verir ki, general münaqişənin yayda dalana dirənəcəyini bildirib.

Keçmiş general iki tərəf arasında danışıqlarda vasitəçiyə ehtiyac olduğunu da qeyd edib. Onun fikrincə, bu, BMT-nin Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ya Hindistanın Baş naziri Narendra Modi ola bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31