Almatıya uçan təyyarədə QORXULU ANLAR

Daşkənd-Almatı marşrutu ilə uçan "Astana" Hava Yollarına məxsus təyyarə güclü hava boşluğu zonasına düşüb.

Olaylar.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Bu gün aviaşirkət Daşkənd-Almatı marşrutu üzrə KC 128 reysini həyata keçirib. Təyyarə yerli vaxtla saat 14:35-də havaya qalxıb. Uçuş zamanı təyyarə qəflətən güclü hava boşluğu zonasına düşüb. İlkin məlumata əsasən, 7 nəfər xəsarət alıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, təyyarə yerli vaxtla saat 16:45-də Almatıda eniş edib.

"Təyyarənin heyəti sərnişinlərə ilkin tibbi yardım göstərib. Pilotlar hadisə barədə hava limanının xidmətlərinə məlumat veriblər. Təcili yardım maşınları yardım göstərmək üçün hava limanında sərnişinləri gözləyiblər", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, aviaşirkət baş verən hadisədən təəssüflənir və reysin sərnişinlərinə hər cür köməklik göstərəcək:

"Hadisə ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılacaq".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31