“Qərb sülh məsələsində bizə yalan deyib" - Putin
31 Dekabr 2022 19:57 DünyaHazırda Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna və xalqından istifadə edilir.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Yeni il ilə bağlı çıxışında deyib.
O, 10 aydır davam edən Rusiya-Ukrayna münaqişəsinə də toxunub.
"Qərb sülh məsələsində bizə yalan deyib. Deyilənlər hücum üçün hazırlıq idi. Qərbin bu həmlələrinə boyun əyməyəcəyik. Rus əsgərləri Ukraynada ana vətənini qoruyur. Onlar bu mübarizə ilə gerçək müstəqiliyə qaranti yaradırlar. İki ölkə arasındakı əsir mübadiləsinə gəldikdə isə 82 rus əsgəri sərbəst buraxılıb".
Putinin 9 dəqiqəlik mesajı bu vaxta qədərki ən uzun Yeni il çıxışı kimi qeydə alınıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31