Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub
31 Dekabr 2022 18:21 DünyaTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi barədə müzakirə aparıldığını söyləyib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün yanvarın ikinci yarısında keçirilməsi üçün hazırlıqlara başlamağı təklif etdiyini nəzərə çatdırıb.
Türkiyə xarici işlər naziri görüşün Moskvada, yaxud üçüncü bir ölkədə keçirilə biləcəyini də qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31