"Tərəfdaşlarımızdan 31 milyard dollardan çox vəsait almışıq" - Ukraynanın Baş naziri
30 Dekabr 2022 23:46 Dünya2022-ci ilin 10 ayı ərzində Ukrayna Qərb tərəfdaşlarından 31 milyard dollardan çox vəsait qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
"Bu ilin 10 ayı ərzində Ukrayna tərəfdaşlarından 31 milyard dollardan çox vəsait cəlb edib", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, hərbi istiqrazların satışı hesabına Ukrayna büdcəsinə daha 200 milyard qrivna (təxminən 5,4 milyard dollar) daxil olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31