Yunanıstanın baş naziri və Zelenski arasında telefon danışığı olub - ÖZƏL

Olaylar.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Görüş zamanı Mitsotakis Zelenskiyə və Ukrayna xalqına Yeni ildə uğurlar arzulayıb və Yunanıstanın Ukraynaya davamlı dəstəyini vurğulayıb.

Mitsotakis yaxın vaxtlarda Ukraynaya səfər etmək istədiyini də bildirib.

Yunanıstan fevral ayında elan etdiyi qərarla Ukraynaya həm hərbi texnika, həm də humanitar yardım göndərmişdi.

Mayın 31-də Brüsseldə keçirilən Avropa Birliyi Liderlər Zirvə toplantısında Almaniya kansleri Olaf Şolz və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis bir araya gəlib və görüşdən sonra Şolz Yunanıstanın Ukraynaya BMP-1 tipli zirehli maşınlar göndərə biləcəyini bildirib.

Yunanıstanın Ukraynaya qarşılığında Almaniyadan "Marder" tipli zirehli maşınlar almaq şərti ilə BMP-1-lərini göndərməsi ölkədəki müxalifətin reaksiyasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31