Sinan Atəş ÖLDÜRÜLDÜ

Türkiyənin Ülkü Ocaqları Tədris və Mədəniyyət Mərkəzinin keçmiş sədri Sinan Atəşə Ankaranın Çankaya rayonunda silahlı hücum olub.

Olaylar.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Sinan Atəş ofisdən çıxıb cümə namazı üçün məscidə gedərkən motosiklet sürücüsü onu başından vurub. Atəş hadisə yerində həyatını itirib.

Qatilin tapılması istiqamətində polis geniş axtarışa başlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31