Təyyarədə poverbank alışdı, sərnişinlər düşürüldü
30 Dekabr 2022 15:19 DünyaRusiyanın "Ural Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin sərnişinlərindən birinin paverbankı yanıb.
Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bununla əlaqədar olaraq təyyarədə olanların hamısı təxliyə edilib.
Hadisə Moskva yaxınlığındakı Domodedovo hava limanında baş verib. Aviaşirkət qeyd edib ki, ekipajın hərəkətləri sayəsində təyyarədə olan yanğın bir neçə saniyə ərzində lokallaşdırılıb.
Qeyd olunub ki, reys paytaxtdan Kalininqrada gedən marşrut üzrə həyata keçirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Daşıyıcının mətbuat xidmətindən əlavə ediblər ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31