Putindən Pele ilə bağlı AÇIQLAMA: “Onunla şəxsən..”

Rusiya Prezidenti Vladimir Putin futbolçu Pelenin vəfatı ilə bağlı Braziliya Prezidenti Yair Messias Bolsonaroya başsağlığı verib.

Olaylar.az Sfera.az-a istinadən bildirir ki, o, əfsanəvi idmançı ilə şəxsən danışmağı bacardığını da vurğulayıb.

"Bu gözəl insanla şəxsən ünsiyyət qurmaq mənə nəsib olub. Onun ən parlaq xatirələrini əbədi olaraq saxlayacağam", deyə Putin söyləyib.

Rusiya liderinin sözlərinə görə, braziliyalı futbolçunun unikal oyunu sayəsində bu idman növü bütün dünyada, o cümlədən Rusiyada sevilir. O, həmçinin Pelenin ailəsinə və bütün Braziliya xalqına başsağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31