Tehran ABŞ-ın yeni müdafiə büdcəsini düşmənçilik adlandırıb- ÖZƏL
30 Dekabr 2022 14:32 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın müdafiə büdcəsi İran əleyhinədir və Vaşinqtonun Tehrana qarşı düşmənçilik niyyətini əks etdirir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. Bəyanatda deyilir: "Bu qanunun anti-İran məzmunu düşmənçilik, təxribatçı və müdaxiləçi inancların və ABŞ-ın İran İslam Respublikasına qarşı siyasətinin davamlılığını əks etdirir". Kənani vurğulayıb ki, İran və digər ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində ikitərəfli əməkdaşlıq beynəlxalq qanunlara uyğundur və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib, eyni zamanda "ABŞ regionda çoxsaylı hərbi bazalar yaratmaqla regional sülh və sabitliyi təhdid edir.
Bir gün əvvəl ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) təxminən 1,7 trilyon dollarlıq büdcəsini təsdiqləyib.