Ermənistan təxribata hazırlaşır

Son günlər ermənilərə aid sosial şəbəkə hesablarında müxtəlif adlarla yardım kampaniyaları başladılıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, sosial şəbəkələrdə geniş izləyici kütləsi olan erməni kanalları bank hesablarını paylaşaraq insanlardan yardım etmələrini xahiş edirlər.

Onlar toplanan pulla tibbi lavazimat, avadanlıq və dərmanların alınacağını bildirirlər.

Alınacaq tibbi lavazimat, avadanlıq və dərmanların hamsının Azərbaycanla həmsərhəd olan bölgələr üçün göndəriləcəyi bildirilir.

Tibbi təchizatın gücləndirilməsi Ermənistanın yeni təxriibata hazırlaşdığının da anonsu kimi qəbul olunur. Əvvəlki dövrlərdə də Ermənistan oxşar aksiyalar başlatdıqdan sonra müxtəlif təxribatlara cəhdlər göstərmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31